Tarix : 2010 Apr 04
Kod 16722

BAKIDA ƏN UCUZ BAŞA GƏLƏN VƏ ƏN COX İSTİFADƏ OLUNAN NƏQLİYYAT VASİTƏSİNİN QİYMƏTİ BAHALAŞA BİLƏR

Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədovun mətbuata son açıqlamasından bəlli olur ki, deyəsən bir giriş üçün ödənilən 15 qəpik metro pulu ən azı bir o qədər də artırıla bilər
Azərbaycan Servisi/Aran Agentliyi
Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədovun mətbuata son açıqlamasından bəlli olur ki, deyəsən bir giriş üçün ödənilən 15 qəpik metro pulu ən azı bir o qədər də artırıla bilər. Ümumiyyətlə kasıbların nəqliyyatı hesab olunan Bakı metrosundan bir gedişin istifadəsi 30-50 qəpik arası olmağı gözlənilir. Tağı Əhmədov metronun xərclərini ödəmədiyini bildirib. Metro yalnız ya qiymətlərin bir dəfə artması ya da indiki qiymətlə əhalinin metrodan istifadəsinin bir dəfə artması nəticəsində metronun ziyanla işləməyəcəyi bildirilir. Qazanca işəmək üçün isə həm metrodan istifadə, həm də qiymətlər artmalıdır. Tağı Əhmədov, ümumiyətlə qiymətlərin artmasını istisna etməir.
Bəs görəsən bu ağır iqtisadi böhran dövründə, əsasən kasım əhalinin nəqliyyatı olan bu metro bahalaşsa əhalinin vəziyyəti bir az da ağırlaşmayacaqmı, görəsən bunu düşünənlər olubmu, bax bunu Tağı Əhmədovdan, özünün dediyi kimi “metronun ağasından” soruşmaq lazımdır.
 
 
  • Yazılıb
  • da (də) 2010 Apr 04