Tarix : 2010 Apr 05
Kod 16741

Ərdoğandan Əliyevə üç mesaj

Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşü zamanı Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan rəsmi Bakının bir sıra addımlarına qarşı münasibət bildirib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşü zamanı Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan rəsmi Bakının bir sıra addımlarına qarşı münasibət bildirib.
Türkiyənin “Yeni əsr” qəzeti yazır ki, Ərdoğan Türkiyədə səfərdə olan Ramiz Mehdiyevlə görüşündə onun vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə etiraz xarakterli üç mesaj göndərib. Türkiyənin baş naziri deyib ki, onun ölkəsi Azərbaycanla beynəlxalq arenada ortaq gündəmə malikdir, lakin iki ölkə arasında anlaşılmazlıqlar var və onları dərhal həll etmək lazımdır. O, Mehdiyev vasitəsilə Əliyevə bu xatırlatmanı edib: “Bakının azad olunması uğrunda döyüşlərdə həlak olan türk əsgərlərinin məzarları üzərindən endirilən Türkiyə bayraqları hələ də tam olaraq yerinə qaytarılmayıb. Biz bu durumu Türkiyə ictimaiyyətinə izah edə bilmirik. Türk bayraqlarının hələ də yerinə qaytarılmaması cansıxıcıdır. Nədən belə edilir?”
Ərdoğanın digər narazılığı isə Azərbaycanın hələ də Türkiyə ilə viza rejimini qaldırmamasıdır. Xatırladaq ki, Türkiyə Azərbaycanla viza rejimini ləğv edib, lakin Azərbaycan tərəfi son anda bu qərardan çəkinib və məsələnin müzakirəsini təxirə salıb.
“İki qardaş ölkə arasında viza rejiminin olması məni üzür. Nədən hələ də viza tətbiq edilir? Türkiyə qonşu ölkələrlə bir-bir viza rejimini aradan qaldırır, ancaq Azərbaycan bunu etməyi ləngidir” - deyə Ərdoğan bildirib.
Ərdoğanın üçüncü etirazxarakterlimesajı isə BakınınPKK-nı terrortəşkilatı olaraqrəsməntanımamasıylabağlıdır.Ərdoğan bunu Mehdiyevin nəzərinə çatdıraraq deyib ki, “Azərbaycan PKK-nı terror təşkilatı olaraq tanıyan qərarı çox tezliklə verməlidir”.
 
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Apr 05