“Toplaşmaq azadlığı haqqında qanunun tətbiqinin təşviqinə, habelə seçkilərə ictimai marağın stimullaşdırılmasına və qadın və gənclərin seçki prosesində iştirakına da diqqət olunacaq”
Azərbaycan Servisi/Aran Agentliyi
ATƏT-in Bakı ofisinin məlumatına görə ATƏT, Avropa Şurası və Avropa Komissiyasının Bakıdakı missiyaları aprelin 7-də Landmark biznes mərkəzində bu ilin noyabrında Azərbaycanda parlament seçkilərinin keçirilməsinə yardım göstərilməsi üzrə proqramlarını təqdim edəcəklər.
Proqramlar hökumətin və digər subyektlərin seçki prosesinin yaxşılaşdırılması və seçkilərin ATƏT və AŞ standartlarına uyğun şəkildə keçirilməsi üzrə səylərini dəstəkləməyə yönəlib.
Xüsusən, proqramlar siyasi dialoqun inkişafına, seçki komissiyalarının potensialının və müstəqilliyinin möhkəmləndirilməsinə, seçki kampaniyasının KİV-də müstəqil və qərəzsiz işıqlandırılmasına, toplaşmaq azadlığı haqqında qanunun tətbiqinin təşviqinə, habelə seçkilərə ictimai marağın stimullaşdırılmasına və qadın və gənclərin seçki prosesində iştirakına yardımı nəzərdə tutur.