Tarix : 2010 Apr 07
Kod 16762

Azərbaycanla İran birgə film çəkəcək

iranlı aktyorla - baş rolda oynayacaq Məhəmməd Rza Fürutən və əsas rollardan birində çəkiləcək Humayun İrşadi ilə artıq müqavilə imzalanıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası kinomotoqrafçıları “Geriyə sayım” adlı müştərək filmin çəkilişinə hazırlaşır. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb. “Geriyə sayım” filminin layihəsinin icraçı rəhbəri Əyyub Daneşvər bildirib ki, filmin ssenari müəllifi Çingiz Abdullayev, rejissoru isə Ənvər Əblucdur. O, əlavə edib ki, iki iranlı aktyorla - baş rolda oynayacaq Məhəmməd Rza Fürutən və əsas rollardan birində çəkiləcək Humayun İrşadi ilə artıq müqavilə imzalanıb. Azərbaycandan da iki tanınmış aktyor - Rasim Balayev və Fuad Poladovun filmdə çəkilməsi dəqiqləşib.
Filmdə çəkilmək üçün daha 8-9 aktyor İran və Azərbaycandan seçiləcək. Hazırda bu sahədə müzakirələr davam etdirilir. ,Əyyub Daneşvər bildirib ki, film detektiv janrındadır: “Filmin çəkilişləri aprel ayının sonlarında Tehranda başlayacaq. Film Miqon və Ənzəli limanlarında çəkiləcək və sonra Bakıda başa çatacaq”.
 
“Aran” İA            
 
  • Yazılıb
  • da (də) 2010 Apr 07