ABŞ-ın Avropa Komandanlığının yüksək rütbəli zabitlərindən ibarət missiyanın aprelin ortalarında Azərbaycana gələcəyi gözlənilir
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Avropa Komandanlığının yüksək rütbəli zabitlərindən ibarət missiyanın aprelin ortalarında Azərbaycana gələcəyi gözlənilir.
Verilən məlumata görə, ABŞ hərbçilərindən ibarət nümayəndə heyəti Azərbaycan və Gürcüstanda ölkə rəhbərliyi də daxil olmaqla, yüksək vəzifəli şəxslərlə görüşlər keçirib, bu ölkələrlə hərbi sahədə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər. Missiyada konkret olaraq kimlərin təmsil olunacağı hələ ki açıqlanmasa da, səfər çərçivəsində Azərbaycan və ABŞ arasında növbəti iki ili əhatə edəcək əməkdaşlıq üzrə İş Planının layihəsinin son variantının müzakirə olunacağı bildirilir. ABŞ heyətinin səfəri çərçivəsində Bakıda Azərbaycanın hərbi qurumlarının nümayəndələrinin də iştirakı ilə əməkdaşlığın perspektivlərinə dair konfransın keçirilməsi planlaşdırılır.
“Aran” İA