Tarix : 2010 Apr 07
Kod 16764

Dörd dini qurum qeydiyyata alınmadı

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir neçə dini icmanı təkrar dövlət qeydiyyatına almaqdan imtina edib. Bu qurumlardan 3-ü xristian, biri isə müsəlman dini icmasıdır
Azərbaycan Servisi/Aran Agentliyi
 “Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir neçə dini icmanı təkrar dövlət qeydiyyatına almaqdan imtina edib. Bu qurumlardan 3-ü xristian, biri isə müsəlman dini icmasıdır.
Bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib. Komitə rəsmisi qeydiyyatından imtina olunan “Bakı Şəhər Yəhova Şahidləri”, “Bakı Şəhər Babtist” və “Bakı Şəhər Avdentist” dini icmalarının sənədlərinin qanunauyğun hazırlanmadığını deyib. Onun sözlərinə görə, artıq qeydiyyatından imtina olunan dini icmalara rəsmi məktub da göndərilib.
Gündüz İsmayılovbunaqədərisə “Fatimeyi-ZəhraDini İcmasınındaqeydiyyatındanimtinaedildiyinixatırladıb: “Yənidiniicmalarıntəkrarqeydiyyataalınması prosesində cəmiadları çəkiləndördicmanınqeydiyyataalınmasındanimtinaolunub. Qeydiyyata alınma prosesi isə sürətlə davam edir. İndiyə kimi 252 dini icma təkrar dövlət qeydiyyatına alınıb. Qeydiyyat üçün müraciət edən icmaların sayı isə artıq 780-ə çatıb. Yaxın günlərdə daha bir qrup din icma dövlət qeydiyyatına alınacaq”.
Xatırladaq ki, qeydiyyatından imtina edilən “Fatimeyi-Zəhra” Dini İcması “Fatimeyi-Zəhra” məscidində fəaliyyət göstərir və ötən il bu məscidin sökülməsi haqqında məhkəmə qərarı çıxarılıb.
Ekspert E.Mahmudovun “Aran”ın müxbirinə söylədiyinə görə, adı çəkilən müsəlman dini icmasının qeydiyyatı hazırkı şəraitdə çətin ki baş tutsun. Amma sözü gedən 3 xristian icmalarının kifayət qədər güclü havadarları var.
Ekspert bildirir ki, hələ əvvəllər də bu dini icmaların dövlət komitəsilə problemləri olub. Amma Qərb dövlətlərinin Bakıdakı səfirliklərinin işə müdaxiləsilə məsələ öz həllini tapıb. Güman ki, yenə də komitəyə təzyiqlər olacaq və “Fatimeyi-Zəhra” dini icmasından fərqli olaraq, xristian qurumlar yaxın zamanlarda qeydiyyata alınacaq.
 
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Apr 07