Azərbaycan Respublikasının keçmiş baş nazir Surət Hüseynov yenidən siyasətə qayıtmaq istəyir
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin PİA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının keçmiş baş nazir Surət Hüseynov yenidən siyasətə qayıtmaq istəyir. Belə ki, o, bu ilki parlament seçkilərində iştirak etmək niyyətindədir.
Məlumatlı şəxsin PİA-ya sözlərinə görə, keçmiş nazir namizədliyini doğulduğu Gəncə şəhərindən verəcək. “Gəncə camaatı Surət Hüseynovun xətrini çox istəyir, hörmətini gözləyirlər. Gəncəlilər Surətin başına and içirlər. Buna görə də, Surət Hüseynov əmindir ki, Gəncədən deputatlığa namizədlik versə, yüksək səs çoxluğu ilə parlamentə seçiləcək.” – deyə mənbəmiz bildirir.
S.Hüseynovun namizədliyini konkret hansı dairədən verəcəyini dəqiq bilmədiyini söyləyən mənbə onu da bildirir ki, keçmiş nazir Gəncədə istənilən dairədə yüksək səs yığmaq iqtidarındadır.
“Aran” İA