İsrailin xarici işlər naziri Aviqdor Liberman növbəti dəfə İsraili sərt ittiham edən Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanı "xəstə" adlandırıb
Türkiyə Servisi/Aran Agentliyi
İsrailin xarici işlər naziri Aviqdor Liberman növbəti dəfə İsraili sərt ittiham edən Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanı "xəstə" adlandırıb.
"Yeni Şərq"in verdiyi məlumata görə, Aviqdor Liberman deyib ki, baş naziri Liviya lideri Müəmmər Qəzzafi və Venesuela lideri Uqo Çavesə bənzətməsi təsadüfi deyil: "Rəcəb Təyyib Ərdoğanın İsrailə yönəlmiş aqressiv hücumları bu gün başlamayıb. Hamımız onun Davosda İsrail prezidenti Şimon Peresə qarşı nümayiş etdirdiyi xəstə davranışı, israilli əsgərlərin Qəzzada uşaqları qətlə yetirdiyini göstərən teleserialı xatırlayırıq. Biz Türkiyə ilə gərginliyi dərinləşdirmək niyyətində deyilik. Əgər Ərdoğan İslam dünyasında ad çıxarmaq, yeni bir status əldə etmək istəyirsə, bunu bizi xərcləyərək etməsin!”.
Xatırladaq ki, Türkiyənin baş naziri Davosdakı davranışlarını "Türkiyənin xarici siyasət kursunun göstəricisi" kimi dəyərləndirmiş və bu addımının emosiyalardan deyil, dövlətinin rəsmi mövqeyindən irəli gəldiyini açıqlamışdır.
İsrail xarici işlər naziri Rəcəb Təyyib Ərdoğanın Pakistanda, yaxud İraqda baş verən partlayışlarda yüzlərlə müsəlman öldüyü zaman susmasına diqqət çəkib və bunları vurğulayıb: “Bizə dərs verməzdən əvvəl kürdlərlə olan problemlərini çözməlidirlər”.
"Yeni Şərq"