Tarix : 2010 Apr 09
Kod 16778

Bakıda tələbələr kütləvi dava saldı

Texniki Universitetin 15-ə yaxın tələbəsi arasında dava düşüb. Bildirilir ki, bıçaq xəsarətləri alan iki tələbə ağır vəziyyətdədir
Azərbaycan Servisi/Aran Agentliyi
 
"Aran" İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Texniki Universitetin 15-ə yaxın tələbəsi arasında dava düşüb. Bildirilir ki, bıçaq xəsarətləri alan iki tələbə ağır vəziyyətdədir.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə aprelin 7-si, axşam saatlarında 28-ci Polis Bölməsinin ərazisində qeydə alınıb. 15-ə yaxın tələbənin iştirak etdiyi davada 4 nəfər bıçaqlanıb. Onlardan ikisi - 22 yaşlı Nahid Mirzəyev və 21 yaşlı Əli Qasımov ağır bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkənlərin əməliyyat olunduğu bildirilir. Vəziyyətləri ağır olduğundan onları dindirmək hələ ki, mümkün olmayıb.
Baş vermiş hadisə ilə bağlı 28-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat-təhqiqat qrupu yaradılıb. Hazırda polis hadisənin bütün iştirakçılarının müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Bildirilir ki, kütləvi davada iştirak edənlərin əksəriyyəti Azərbaycan Texniki Universitetinin tələbələridir. İlkin ehtimala görə, hadisə qız üstündə baş verib.
 
"Aran"
  • Yazılıb
  • da (də) 2010 Apr 09