Tarix : 2010 Apr 09
Kod 16779

NABUKKONUN TALEYİ İRANDAN ASILIDIR

Iran İslam Respublikası olmadan Nobukko reallaşa bilmir
İİR Servisi/Aran Agentliyi
Rumuniyanın paytaxtı Buxarestdə yerləşən “İmperial” universiteti tərəfindən “Balkanlar Qafqaz: problemlər, perespektivlər” mövzusunda tədbirdə təşkil olunacaq. Qeyd edək ki, tədbir Rumuniya höküməti və Avropa Birliyi tərəfindən dəstəklənir. Tədbirin məqsədi Balkanlarda və Qafqazda proseslərin təhlil edilməsi, eləcə də siyası, iqtisadi,o cümlədən konfiliktlərlə bağlı məsələlərlərin müzakirəsi, Qafqaz və Balkanlar üçün kifayət qədər əhəmiyyətli olan enerji təhlükəsizliyi məsələlərinin rəsmi və ekspertlər səviyyəsində müzakirəsinin təşkil olunmasıdır. Tədbirdə Azərbaycan daxil olmaqla regiondakı digər ölkələrdən, ABŞ və Mərkəzi Şərqi Avropa ölkələrindən, eləcə də Avropa Birliyi ölkələrindən ekspertlər, tədqiqat institutlarının rəhbərləri, hökümət nümayəndələri qatılacaqlar. Azərbaycandanİqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov da tədbirə dəvətlidir. Bildirilir ki, İSİM rəhbəri tədbirə Rumuniyanın xarici işlər naziri tərəfindən dəvət edilib. Nəzərə çatdıraq ki, tədbirdə V.Bayramov “Azərbaycanın enerji resurslarının Qafqazda təhlükəsizliyin və əməkdaşlığın formalaşmasında rolu” mövzusunda məruzə ilə çıxış edəcək. Yeri gəlmişkən ekspertin yalnız Azərbaycanın enerji resursları ilə bağlı deyil, həmçinin regionda həyata keçirilməsi nəzərdə tutulan enerji layihələri, o cümlədən “Nabukko ” layihəsi ilə bağlı çıxışı olacaq. V.Bayramov bu zaman “Nabukko” layihəsinə Azərbaycan tərəfinin verəcəyi töhvə, Azərbaycanını “Nabukko” və digər transxəzər   layihələrdə iştirakı ilə bağlı iştirakçılara geniş məlumat verməyi planlaşdırır.
Ümumiyyətlə Nabukko haqqında son zamanlar söz-söhbətlər səngimək bilmir, görünür Avropa bu alternativ enerji mənbəyi haqqında ciddi fikirləşir. Amma bəzi ekspertlər hələ də Nabukkonun reallaşacağına inanmırlar. Bəzi ekspertlər isə Nabukkonun reallaşması üçün İranı xilaskar rolunda görürlər, onların fikrincə İran bu layihəyə qoşulmasa onun qazla dolması, ümumiyyətlə reallaşması qeyri-mümkündür. İran xarici işlər naziri Mənucehr Müttəki də İran olmadan Nabukkonun gercəkləşməsini qeyri-mümkün saymışdı. O hətta bu layihə ilə bağlı tədbirləri “boş kəmərlərin nümayişi adlandırmışdı”.
 
Cavid
  • Yazılıb
  • da (də) 2010 Apr 09