Tarix : 2010 Apr 09
Kod 16780

«ARAN» REGİONAL İCTİMAİ BİRLİYİ VƏ «BƏLƏDİYYƏLƏRİN İNKŞAFI NAMİNƏ» QHT ALYANSI BAKIDA BİRGƏ KONFR...

Tədbirdə dövlət orqanlarının, bələdiyyələrin, xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak edib
Azərbaycan Servisi/Aran Agentliyi
Aprelin 9-da Azərbaycanın “Aran” Regional İctimai Birliyi və “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının birgə təşkilatçılığı ilə “Azərbaycan bələdiyyələri 10 ildən sonra: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda dövlət orqanlarının, bələdiyyələrin, xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak edib. Təqdim olunan mövzular ətrafında müzakirələr zamanı Milli Məclisin, Vergilər Nazirliyinin nümayəndələri, bələdiyyələrin təmsilçiləri və müstəqil ekspertlər öz fikirlərini bildirdilər.
 
  • Yazılıb
  • da (də) 2010 Apr 09