Tarix : 2010 Apr 09
Kod 16781

ƏLİ KƏRİMLİ QIRĞIZISTAN HADİSƏLƏRİNDƏN DANIŞARKƏN İQTİDARA MESAJ VERDİ

“Azərbaycan hökuməti birtərəfli zorakılıq siyasətindən imtina etməlidir. Xalqa sərbəst toplaşmaq azadlığını reallaşdırmağa, seçkilərdə fikrini bildirməyə imkan verməldir”
Azərbaycan Servisi/Aran Agentliyi
Qırğızstanda baş verənlərin Azərbaycanda olmasını istəmirən. Ancaq istərdim ki, avtoritar rejimlər Qırğızstan hadisələrindən dərs götürsün. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli jurnalistlərin Qırğızstan hadisələri ilə bağlı sualınlın cavabında bildirib. Onun fikrincə, xalqın iradəsini ifadə etməyə imkanı olmayanda siyasi proseslər sivil məcradan çıxır, müəyyən qarşılıqlı zorakılığa gətirib çıxarır. “Xalqa iradəsini ifadə etmək üçün imkan verilməlidir. Bu, hamı üçün siqnal olmalıdır ki, avtoritarlıqla, zorakılıqla hakimiyyəti saxlamaq mümkün deyil. Azərbaycan hökuməti birtərəfli zorakılıq siyasətindən imtina etməlidir. Xalqa sərbəst toplaşmaq azadlığını reallaşdırmağa, seçkilərdə fikrini bildirməyə imkan verməldir. Biz hesab edirik ki, demokratik təcrübəsi olan, Avropa Şurasının üzvü olan Azərbaycan daha fərqli nümunələr ortaya qoymalıdır. Təkamül və demokratik seçki yolu ilə hakimiyyət dəyişikliyinə şərait yaradılmalıdır”, - deyə o qeyd edib.
 
  • Yazılıb
  • da (də) 2010 Apr 09