Orqan ticarəti ilə məşğul olanlar həbs olunandan sonra media onlar ilginc etiraflarını açıqlayır
Azərbaycan Servisi/Aran Agentliyi
Təbrizin “Aran” Müstəqil Beynəlxalq İnformasiya Agentliyinin Bakıdan verdiyi xəbərə görə İsrail bir sıra qanunsuz cinayətlərini Azərbaycanın paytaxtı Bakıda həyata keçirib. Bu əsasən insan orqanlarının qanunsuz ticarəti ilə bağlı olub. Bu barədə İsrail və Azərbaycanın müxalif mediaları yazıb. Hələlik rəsmi orqanlar susur. Fakt isə bundan ibarətdir ki, İsrail polisi donor orqanlarının qanunsuz ticarətində şübhəli bilinən 6 nəfəri həbs edib. Onlar israillilər üzərində əməliyyatları Azərbaycanda həyata keçirirdilər. İsrailin www.izrus.co.il İnternet-nəşrinin yaydığı məlumata görə, həbs edilənlər öz həmvətənlərini aldadaraq, mükafat müqabilində orqanlarını satmağa məcbur edən cinayətkar qrup yaratmaqda şübhəli bilinirlər. Martın 6-da Ben-Qurion adına hava limanında saxlanılanlar müharibə qəhrəmanı, ehtiyatda olan briqada generalı, İsrailin ən ali mükafatına layiq görülmüş 62 yaşlı Meir Zamir, Aşkelondan iki vəkil və daha 3 nəfər 30 yaşlı ölkə vətəndaşıdır. İş üzrə istintaqbuilinyanvarında 50 yaşlı Naseretsakininin şikayətindənsonrabaşlanıb. Maddi vəziyyəti ağır olduğuna görə onu böyrəyini 100 min dollara satmağa razılaşdırıblar. Onu digər İsrail vətəndaşı ilə birlikdə Azərbaycana aparıblar, burada əməliyyat ediblər. Lakin o və digər İsrail vətəndaşı satılan orqanlarına görə cəmi bir neçə min şekel alıblar. Turaankəndindən 18 yaşlı ərəbistanlı oğlandaorqanalverçilərinintorunadüşərək, böyrəyini 80 mindollarasatmağarazılaşıb. O da aldadıldığını gördükdə polisə müraciət edib. Müstəntiqlərmüəyyənediblərki, cinayətkar şəbəkəniniştirakçıları özqurbanlarını ölkənin şimalındayerlimətbuatdavə İnternetdə elandərcetməklə tapırdılar. Polis qeyd edir ki, hələlik qrupun bütün üzvləri saxlanılmayıb.Bu barədə “Turan” xəbər yayıb. Digər tərəfdən İsrailin yüksək rütbəlilərinin orqan ticarəti ilə məşğul olmaları artıq tam sübuta yetmiş bir məsələdir. İsrail ordusunun fələstinlilərlə də bu hərəkəti etməsi, yəni əsir, yaralı və dünyasını dəyişmiş fələstinlilərlə belə rəftarı dəfələrlə baş verib. İsrail qatilləri fələstinlilərin orqanlarını çıxararaq israillilərə satırlar.