Tarix : 2010 Apr 10
Kod 16805

ŞƏHRİYARIN HEÇ YERDƏ İŞIQ ÜZÜ GÖRMƏYƏN ŞERİ İLK DƏFƏ BİRLİK.AZ SAYTINDA

Hər rəngi at, boyan fəqət Allah boyağına, Hər aldadan boyaqlara qəlbin boyanmasın
İİR Servisi/Aran Agentliyi
Çox pırtlaşıqdı telləri bu afərineşin,
Ta bir əqil quşu qona bilsə uçammasın.

On cür düyün vurub buna məşşatə ta daraq,
On barmaq olsa bir düyün ondan açammasın.

Dustaq edib zəmano məkanin ki Həşrədək,
Dustaqdaki, nə qədr qoçaqsa, qaçammasın.

Bir tor qurub ki, dərya nəhəngi ilan kimi,
Qıvrılsın, amma, bir düzəlib qədd-açammasın.

Hər rəngi at, boyan fəqət Allah boyağına,
Hər aldadan boyaqlara qəlbin boyanmasın.

Təbliğ o qayədə gərək olsun ki, müddəi,
Bir nöqtəsində zəfinə barmaq qoyammasın.

Ağzında dadlı sözləri, sən də, Şəhriyar,
Eylə bişir ki, xəlq dadından doyammasın.

Şəhriyarın bu heç yerdə çap edilməyən şerini birlik.az-a Təbrizli alim, İran Mili Arxiv İdarəsinin Şərq və Qərb regionu mərkəzinin rəhbəri cənab Seyyid Muhəmmədməsud Nəqib təqdim edib. Şer hələ İranda da çap edilməyib.

BİRLİK İnformasiya Agentliyi
 
  • Yazılıb
  • da (də) 2010 Apr 10