Tarix : 2010 Apr 13
Kod 16855

BAKININ “HACI SOLTANƏLİ” MƏSDİNİN AXUNDU HACI MƏHƏRRƏMİN OĞLU ƏLİ QƏNİYEVİN MEYYİTİNİN ÜZƏRİNDƏ Z...

Axund Hacı Məhərrəm Qəniyev: “Ancaq bir şeyə tam əminəm - oğlum heç vaxt intihar etməzdi”
Azərbaycan Servisi/Aran Agentliyi
Bakı Dövlət Universitetinin mərhum tələbəsi Əli Qəniyevin meyiti üzərində zorakılıq izləri aşkar olunmayıb. İlkin ekspert rəylərinə görə, o, suda boğulub ölüb”. Səbail rayon prokurorunun müavini Elçin Sultanov aprelin 13-də mətbuata belə deyib. Əli Qəniyevin meyiti aprelin 6-da Milli parkın yaxınlığında, dənizdən tapılıb. Tələbə fevralın 24-dən yoxa çıxmışdı. Aprelin 9-da mətbuata açıqlamasında mərhumun atası Məhərrəm Qəniyev oğlunun ölümünün səbəblərinin araşdırıldığını demişdi: “Ancaq bir şeyə tam əminəm - oğlum heç vaxt intihar etməzdi”.
  • Yazılıb
  • da (də) 2010 Apr 13