Seçkilər gününə - 7 noyabra hələ yarım ildən çox vaxt qalmasına baxmayaraq, beynəlxalq təşkilatlar artıq müəyyən addımlar atmağa başlayıblar
Azərbaycan Servisi/Aran Agentliyi
Avropa Şurasının Azərbaycanda parlament seçkiləri ilə əlaqədar Fəaliyyət Planı çərçivəsində AŞ-ın Venesiya Komissiyası ölkə MSK-sı ilə birlikdə bir sıra tədbirlər həyata keçirməyi nəzədə tutur. Xüsusən, VK nümayəndəsi Sergey Kuznetsovun bu gün Bakıda keçirdiyi brifinqdə verdiyi məlumata görə, iyunda seçki komissiyalarının qərarlarından şikayət sisteminin birgə müzakirəsi nəzərdə tutulur. İki il əvvəl VK bu məsələ ilə bağlı tövsiyyələrlə çıxış edib və indii “sistemin təcrübədə necə işlədiyinə baxmaq və onun optimallaşdırılması üzrə tədbirlər işləyib hazılamaq lazımdır”. Bu zaman Strasburq məhkəməsinin 2005-ci il parlament seçkilərində Bərdə dairəsində hüquq pozuntularının tanınması haqqında bu yaxınlarda çıxardığı qərar da nəzərə alınacaq.
Bundan başqa, VK MSK ilə birlikdə ərazi seçki komissiyalarının təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirməyi planlaşdırır. Kuznetsov ATƏT ekspertlərinin bütün səviyyələrdə seçki komissiyaları rəhbərldərinin “üçdə bir” prinsipi ilə: hakim partiya, bitərəv və parlament müxalifəti nümayəndələrindən təyin edilməsi haqqında təkliflərini şərh etməkdən yayınıb. Eyni zamanda, o, hazırki qanunvericiliyin seçki komissiyalarının işinin şəffaflığının artırılması və seçki prosesinin bütün iştirakçılarının onlara “hörmət və etimadına nail olmaq” haqqında “düşünməyə” imkan verir. Kuznetsov xatırladıb ki, iki il əvvəl VK-nın irəli sürdüyü tövsiyyələr qüvvədədir. Bu tövsiyyələr seçki komissiyalarının siyasi tərkibinə, onlarda sədr və katiblik vəzifələrinin paylanmasına, kampaniyanın mətbuatda işıqlandırılmasına, şikayət prosedurlarına aid idi.
VK-nın seçki qanunvericiliyi ilə bağlı yeni tövsiyyələri yoxdur, belə ki, hökumət belə bir sorğu ilə müraciət etməyib, deyə o bildirib. Seçki ərəfəsində söz azadlığı sahəsində vəziyyəti şərh etmək xahişinə cavabda Kuznetsov bildirib ki, VK iki il əvvəl sərbəst toplaşmaq azadlığı haqqında qanunla bağlı ümumilikdə müsbət rəy verib. Eyni zamanda, “qanunun tətbiqi ilə bağlı mövcud şikayətlər” nəzərə alınmaqla, bu məsələ ilə bağlı müzakirələrə və “problemlərin yaranması səbəblərinin” araşdırılmasına tələbat var. Qeyd edək ki, demək olar üç ildir ki, Bakı meriyası müxalifətin şəhər daxilində kütləvi aksiyalar keçirməsinə icazə vermir. Azərbaycanda parlament seçkiləri, qanunvericiliyin tələblərinə əsasən, noyabrın 7-də keçirilməlidir.