Azərbaycan Servisi/Aran Agentliyi
Bakıda keçirilən çempionatda iştirak edən İsrail yığmasının 3 üzvü rus fahişələrlə əylənərkən yaxalanıblar. Məlumatda bildirilir ki, onlar yarışın ilk mərhələsində məğlub olduqdan sonra qaldıqları mehmanxanada yüngül əxlaqlı rus qızlarıyla əylənmək qərarına gəliblər. Bu zaman idmançılar nümayəndə heyətinin təhlükəsizlik xidməti tərəfindən tutulublar.
Maraqlıdır ki, israilli qılıncoynadanlar təhlükəsizlik əməkdaşlarını aldatmağa çalışıblar. Onlar iddia ediblər ki, otaqdakı xanımlar qılıncoynatma üzrə Çexiya millisinin üzvləridir və söhbət etmək üçün onların yanına gəliblər. Amma onların kələyi baş tutmayıb. Qızlar mehmanxanadan qovulub, idmançılar haqda isə «yuxarı» məruzə edilib. Artıq hər 3 idmançı İsrail millisindən qovulub.