Qərbyönlü müxalifətin dayaqları artıq yox həddinə çatıb, ümidləri yalnız Allah ola bilər, Ona dakı güvənmirlər
Azərbaycan Servisi/Aran Agentliyi
AŞPA prezidenti bildirib ki, hər bir cəmiyyətdə sərbəst toplaşmaq azadlığı mövcud olmalıdır: “Amma bu da bir icazəyə, qanunlara tabe olur, cəmiyyətin təhlükəsizliyinin təmin olunması şəklində həyata keçirilir. Azərbaycanda da belə qarşılıqlı anlayış içində kütləvi aksiyalar keçirilə bilər. Hətta keçirdiyim görüşlərdə seçkilər öncəsi mitinqlərin keçirilməsi üçün tövsiyəm oldu ki, iqtidar və müxalifət Daxili İşlər Nazirliyi ilə bərabər bu mitinqlərin keçiriləcəyi yerləri təsbit etsinlər. Təhlükəsizlik baxımdan hər kəsin istədiyi yerdə mitinq ola bilməz. Bütün dünyada belədir. Amma bu yerlər birlikdə müəyyən olunmalıdır. İnşallah bu cür anlayış içində belə problemlər yaşanmaz”. Müxalifət partiyalarının onu hakimiyyətyönlü mövqe tutması, 2003-cü ildə hakimiyyətə dəstək verməsi barədə ittihamlarına münasibət bildirən M. Çavuşoğlu bildirib ki, Azərbaycanda hər kəs onlar üçün eynidir: “Biz iqtidar müxalifət ayrı-seçkiliyi etmirik, siyasi partiyalar sağdadır, liberaldır, soldadır - ayrılıq etməyimiz mümkün deyil. Dolayısı ilə heç kimə yarınmaq kimi bir cəhdimiz də yoxdur. Biz hər zaman obyektiv düşüncələrimizi söyləyirik. Avropa Şurasındakı millət vəkilləri də mənim obyektiv və ədalətli olduğumu bilir. Ona görə də məni başqan seçiblər. Bəzi dönəmlərdə səsləndirdiyim fikirlər bəzilərinin xoşuna gəlməyə bilər. Amma bu gün də eyni düşüncələrimi söyləyirəm və bu, kiməsə xoş gəlmək üçün deyil. 2003-cü il prezident seçkilərindən sonra Azərbaycanda meydana gələn olaylarda mən bəzi müxalifət partiyalarının da, iqtidarın da, polisin də suçlu olduğunu söyləmişdim. Tamamilə obyektiv dedim, bu müxalifət partiyalarına xoş gəlməyə bilər. Bu da normaldır. Amma mənim dediyim bir gerçəkdir və seçkilərdən sonra Azərbaycanda meydana gələn olaylarla bağlı idi. Mənim o fikirlərim Avropa Şurasının arxivində var. O zaman “Hər iki tərəf məni yanıltdı” demişdim. Bəziləri isə bundan xoşlanmadı. Amma mən yenə də doğruları söyləməyə davam edəcəyəm”.