Azərbaycan Servisi/Aran Agentliyi
Əlbəttə biz bu yazını yazmaqla demək istəmirik ki, polis musavatçılar və dakçılarla amansızcasına davransın. Heç bunu arzulamırıq da, polis vətəndaş münasibəti səmimiyyət və humanizm çərçivəsində olmalıdır. Neçəki dakçıların icazəsiz etiraz aksiyasında bunu gördük. Necəki 14 apreldə polisin musavatçıları tutub tez azad etməsində bunu müşahidə etdik. Istəniləndir ki, 13 fevralda həbs olunan dindarlarla da eyni rəftar olaydı, istəniləndir ki, həbs olunan dindarlar da azadlığa çıxaydı. Amma maraqlı burasıdır ki, axı nə üçün polis dindarlarla daha sərt davranır. Amma bizcə mənəvi dəyərlər önəm verən insanlarla daha loyal davranılmalı idi. Bunun səbəbini araşdırsaq çoxlu versiyalar üzə çıxar amma bir şey məlumdur, fakt faktlığında qalır, polisin 13 fevralda dindarlarla davranışı, onlara qarşı cinayət işinin açılması sual doğurur. Vətəndaş cəmiyyətinin digər nümayəndələrinin aksiyası təbii ki musavatın 14 aprel aksiyası ilə bitməyəcək amma hər dəfə bu sual insanı düşündürəcək, bəlkədə tarixə düşəcək “nə üçün 13 apreldə dindarlara qarşı belə sərt reaksiya verildi?!”