Azərbaycan Servisi/Aran Agentliyi
ABŞ Azərbaycan nefti ilə artıq az maraqlanır, mediada yayılan xəbərlərə və ekspert rəylərinə görə artıq Amerika Azərbaycandan idxal edilən neftin həcmini azaldıb və bu ciddi təziq siqnalı ola bilər. Beləki son zamanlar soyuyan ABŞ-Azərbaycan münasibətləri və bunun ardınca ABŞ-ın Azərbaycana təziqləri fonunda bu addım da təziqin növbəti dalğası kimi görünür. İqtidarmeyilli ekspertlər bunu Azərbaycanın balanslaşdırılmış və müstəqil siyasətinə təziq kimi dəyərləndirirlər, qərbyönlü ekspertlər isə ABŞ-ın Azərbaycan iqtidarını demokratiyanı boğduğuna görə cəzalandırması kimi dəyərləndirirlər. Digər ekspertlər isə bunu Azərbaycanın uğursuz xarici siyasətinin nəticəsi kimi dəyərləndiriblər.