Tarix : 2010 Apr 16
Kod 16892

Azərbaycanın şimal sərhədlərində “Sərhəd” əməliyyatı keçirilib

Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən...
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən, 2010-cu il aprelin 6-dan 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. Bu haqda DİN-in mətbuat xidməti məlumat verib. “Sərhəd” əməliyyatının əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər qanunazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib, qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.
Respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən geniş tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 16 nəfər tutulub, Rusiya Federasiyası daxili işlər orqanları tərəfindən axtarışa elan edilmiş 10 nəfər, şübhəli qismində 8 nəfər saxlanılıb. Qanunsuz saxlanılan 8 avtomat silah, 7 tapança, 45 ədəd yivli və ov tüfəngi, 25 qumbara, 32 adda hərbi ləvazimat, 4000-dən çox müxtəlif çaplı patron götürülüb.
Tədbirlər zamanı 293 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.
 
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Apr 16