Tarix : 2010 Apr 16
Kod 16895

Azərbaycanın Rusiyaya meyllənməsi güclənir

Azərbaycanda Heydər Əliyevin, Rusiyada isə Boris Yeltsinin hakimiyyəti illərində bu iki qonçu dövlət arasında ciddi problemlər yaşanmışdır
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə,son zamanlar Azərbaycanla Rusiya arasında iqtisadi, sosial, mədəni əlaqələr xeyli intensivləşib və bu tendensiya getdikcə daha böyük sürətlə genişlənir. Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da jurnalistlərə açıqlamasında bu fikirləri təsdiqləyib. O, bunları əlavə edib: “Bu ilk növbədə ondan irəli gəlir ki, həm Rusiya Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi baxır, həm də Azərbaycan Rusiyanı bölgənin böyük dövləti və Azərbaycanın dostu və tərəfdaşı kimi dəyərləndirir, onunla əlaqələrə xüsusi önəm verir. 2001-ci ildə Rusiyanın keçmiş prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə əsası qoyulan və Heydər Əliyevlə keçirdiyi görüşlərdə bilavasitə israr etdiyi strateji tərəfdaşlıq münasibətləri bu gün də inkişaf edir”.
Xatırladaq ki, Azərbaycanda Heydər Əliyevin, Rusiyada isə Boris Yeltsinin hakimiyyəti illərində bu iki qonçu dövlət arasında ciddi problemlər yaşanmışdır. Rəsmi Bakı qərbpərəst siyasi kurs həyata keçirir, Rusiya isə Azərbaycan ərazilərini işğal etmiş Ermənistana hərtərəfli dəstək vermişdir. Lakin son illər iki ölkə arasındakı münasibətlərdə köklü dəyişikliklər nəzərə çarpır və analitiklərin qeyd etdiyi kimi, Azərbaycan Respublikasının getdikcə daha sürətlə Qərbdən üz döndərib, Rusiyaya meyllənməsi müşahidə olunur.
 
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Apr 16