Tarix : 2010 Apr 18
Kod 16922

«SON MƏLUMATLARA ƏSASƏN, APRELIN 22-DƏ YASAMAL RAYON MƏHKƏMƏSİNDƏ DİNDARLARIN MƏHKƏMƏ PROSESİNİN ...

“Şəhidlərimizin ziyarət edilməsində heç bir cinayət tərkibinin olmadığını əsas gətirərək, məhkəmənin möminlərin azadlığa buraxılması ilə əlaqədar ədalətli qərar çıxaracağını düşünənlər də az deyil”
Azərbaycan Servisi/Aran Agentliyi
Məlum olduğu kimi, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar «Hacı Sultanəli» məscidində əzadarlıq keçirəndən sonra Xocalı faciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istəyən bir qrup dindar polis zorakılığı ilə üzləşərək, onların bir neçəsi müxtəlif bədən xəsarəti almış, 17 nəfər saxlanılmaqla, bəziləri inzibati qaydada cəzalandırılaraq azad edilmiş, elə həmin qrupdan olan 5 nəfər - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədov barəsində isə Yasamal rayon məhkəməsi tərəfindən iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi. İstintaq təcridxanasında saxlanılan məlum 5 nəfərin Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən birgə aparılan istintaqı başa çatıb. Son məlumatlara əsasən, aprelin 22-də Yasamal rayon məhkəməsində dindarların məhkəmə prosesinin keçiriləcəyi gözlənilir. Qeyd edək ki, bu müddət ərzində Azərbaycan ictimaiyyəti, ölkədəki ictimai-siyasi təşkilatlar, hüquq müdafiəçiləri inanclıların həbsini əsassız sayaraq, bununla bağlı narahatlıqlarını ifadə ediblər. İstintaqın yekunlaşaraq məhkəməyə köçürülməsi, prosesin hansı sonluqla başa çatacağı ilə bağlı narahatlıqlar indi də davam edir. Bununla belə, şəhidlərimizin ziyarət edilməsində heç bir cinayət tərkibinin olmadığını əsas gətirərək, məhkəmənin möminlərin azadlığa buraxılması ilə əlaqədar ədalətli qərar çıxaracağını düşünənlər də az deyil. “Nəbz” qəzeti

BİRLİK İnformasiya Agentliyi
  • Yazılıb
  • da (də) 2010 Apr 18