“Məhde Azadi” Azərbaycan və Fars dillərində 60 000 tirajla çıxan gündəlik qəzetdir, qəzet İranın özəl və müstəqil qəzetlərinin ən qədimidir, bu qəzeti Peyman ailəsinin tarixi də adlandırmaq olar
İİR Servisi/Aran Agentliyi
Təbrizin ən qədim qəzetlərindən biri “Məhde Azadi” qəzetidir. Qəzetin adının tərcüməsi “Azadlıq Beşiyi” deməkdir. Qəzet pəhləvilər zamanı, 60 il bundan öncə 1950-ci ildə təbrizli ziyalı Şadrəvan Seyyid İsmayıl Peyman tərəfindən təsis edilib. O zaman bu qəzet tam siyasi bir nəşr olub və azadlıq mücadiləsi aparıb. Şah rejimi dövründə Seyyid İsmayıl Peyman dəfələrlə təzyiq və təqiblərə məruz qalıb, qəzet neçə dəfə nəşrini dayandırıb. Amma bütün bu keşməkeşli yollardan çıxan qəzet artıq 60 ildir ki yaşayır. Indi qəzet rəhbərliyini rəhmətlik Seyyid İsmayıl Peymanın oğlu Seyyid Məsud Peyman həyata keçirir, qəzetin baş redaktoru isə onun qızı Seyyidə Şəhrizad xanım Peymandır. O babasının təsis etdiyi qəzetə baş redaktorluq edir. “Məhde Azadi” Azərbaycan və Fars dillərində 60 000 tirajla çıxan gündəlik qəzetdir, qəzet İranın özəl və müstəqil qəzetlərinin ən qədimidir, bu qəzeti Peyman ailəsinin tarixi də adlandırmaq olar. Qəzetin 5 mərtəbəli ofisi, yüzlərlə işçisi var. Bütün İranda bu qəzet tanınır və seçilir. Əlbəttə artıq qəzet təkcə siyasi deyil, həm də ictimai və mədəniyyət sahələrini də işıqlandırır. Azərbaycan dilində, latın və ərəbqrafikalı əlifba ilə çıxan əvvəllər qəzet hazırda jurnal kimi nəşr edilən “Körpü” toplusu da bu qəzetin bazasında və ofisində hazırlanır. Peyman ailəsini “Məhdi Azadı” adlı nəşriyyatı və mətbəəsi də var və fəaliyyətdədir. Peyman ailəsi Təbrizin ən tanınmış ailələrindəndir.
BİRLİK İnformasiya Agentliyi