Tarix : 2010 Apr 18
Kod 16924

AZƏRBAYCAN VƏ İRAN ARASINDA AZAD TİCARƏT ZONASININ YARADILMASI REGİONUN EHTİYACLARINDAN BİRİDİR

İran Astarası Gömrük Xidmətinin rəhbəri Səid Hacı Firuzabadi ilə müsahibəsi
Azərbaycan Servisi/Aran Agentliyi

- İran İslam Respublikasınə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsindən sonra Azərbaycan - İran gömrük-buraxılış məntəqəsində vəziyyət necədir?

- 1 fevral 2010-cu il tarixdən etibarədn "Viza rejiminin ləğv edilməsi haqqında" qanunun icra edilməsinə başlayandan bəri, İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 200 faiz artıb. Bu cür artım 2010-cu ilin 21 yanvar tarixindən 2010-cu ilin 20 mart tarixinədək, 2009-cu ilin analoji dövrü ilə müqayisədə Astara gömrük məntəqəsi vasitəsilə gələn xarici sərnişinlərin sayının statistikasında aşkarlanıb.

2009-cu ilin 21 yanvar tarixindən 19 fevral tarixinədək Astara gömrük məntəqəsi vasitəsilə gələn sərnişinlərin sayı 7 768 nəfər təşkil edib. 2010-cu ilin analoji dövründə isə bu rəqəm 15 642-yə çatıb. Əgər 2009-cu ilin 20 fevral tarixindən 20 mart tarixinədək gələnlərin ümumi sayı 7 776 nəfər təşkil edibsə, 2010-cu ilin analoji dövründə bu göstərici 32 879 nəfər təşkil edib. Həmin dövr əzində 332 faiz artım qeydə alınıb.

- Azərbaycan və İran arasında əmtəə dövriyyəsinin genişləndirilməsi istiqamətində nə kimi maneələr var?

- Ötən il (İranda yeni il mart ayının 21-dən başlayır) İran və Azərbaycan arasında Astara gömrük vasitəsilə xarici ticarət əməliyyatları 27 981 280 dollar təşkil edib.

Azad ticarət zonaları və sənaye zonalarından ölkəyə gətirilən iranlıların və xaricilərin əmtəələri və kommersiya xarakteri daşımayan yüklər rüsum və vergi ödəmir. Ölkəyə bir dəfə gətirilən və gömrük rüsumu verməyən malın dəyəri 80 dollardan çox olmamalıdır. Həmin dəyər keçilərsə, əmtəə gömrük rüsumi və vergi verir və o qanun, ticarət və şəriət nöqteyi-nəzərindən qadağan olunmadan ölkəyə gətirilə bilər.

Ölkədən gedən sərnişinlər (iranlılar və ya əcnəbilər) şəxsi yüklə yanaşı, qeyri-məhdud sayda İran məhsulları apara bilər. Sərnişinin kommersiya məqsədi olmadığı hallarda, 80 dollardan çox olmayan məbləğdə digər brendlərin məhsullarının daşınmasına icazə verilib. Ölkədən antikvariatın, əlyazmaların, subsidiya olunmuş məhsulların çıxarılması qadağan olunub. Hər sərnişin ölkədən ölçüsü 12 kvadratmetrdən çox olmayan bir ədəd və ya iki ədəd kiçik əl işindən ibarət xalça çıxara bilər. İranda təhsil alan və işləyən əcnəbilər xidmət və ya təhsil müddətini başa vurduqdan sonra, ticarət kartı və ya icazə təqdim etmədən şəxsi əşyalarını (normal sayda) ölkədən çıxara bilər.

- Sərnişinlərin sayının artmasını nəzərə alaraq, onların rahat hərəkətini təmin etmək məqsədilə Astara gömrük məntəqəsində hansı işlər aparılır?

- Sərnişinlərin hərəkəti üçün şəraitin yaradılması məqsədilə Astara gömrük məntəqəsi giriş-çıxış məntəqəsində ixtisaslaşdırılmış əməkdaşların ştatını genişləndirib. İranlı və xarici vətəndaşlar üçün xüsusi dəhlizlər yaradılıb.

Bundan əlavə, viza rejimi ləğv olunduqdan sonra, iş saatlarının sayı artırılıb. Gömrük-keçid məntəqəsində körpüdə təmir işlərinin həyata keçirilməsinə baxmayaraq, iki ölkə arasında əlaqələrin gələcək inkişafı məqsədilə yeni körpünün inşası nəzərdə tutulur.

- İran və Azərbaycan vətəndaşlarının Astara gömrük-keçid məntəqəsindən gediş-gəlişi zamanı hansı problemlər yaranır? Onların aradan qaldırılması üçün hansı tədbirlər görülür?

- Bəli, bəzi problemlər hələ də həll olunmamış qalır. Onların sırasında İran gömrük-keçid məntəqəsində çoxlu azərbaycanlı sərnişinin toplanması, terminallarda işçilərin (polis, gömrükçü, bank işçiləri və digərləri) sərnişinlərin sayına uyğun gəlməməsi kimi hallar var. İran sərnişinləri Azərbaycandan çıxarkən, xüsusilə çərşənbə günü, cümə axşamı və cümə günləri bu ölkə ərazisində yubanır.

Sərnişinlərin və nəqliyyat vasitələrinin artması nəticəsində körpülərdə avtomobil tıxacları baş verir.

Hazırda bu problemin həlli üçün Azərbaycan Gömrük Komitəsi ilə İranın müxtəlif qurumları danışıqlar aparır. Artıq gömrük əməkdaşlarının ştat genişlənməsi müşahidə edilir. Hazırda tıxac problemləri və uzun növbələr tədricən aradan qaldırılır, lakin bu sahədə böyükmiqyaslı işlər görmək lazımdır.

- Azərbaycan və İran gömrük xidmətlərinin əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan və İran gömrükçüləri gömrük-buraxılış məntəqələrində ayda bir dəfə görüşlər keçirir. Onlar sərnişinlərin gediş-gəliş məsələlərini və ticarət sahəsində mövcud problemləri müzakirə edirlər. Bundan başqa, telefon vasitəsilə daim müzakirələr aparır, baş verən problem və maneənin aradan qaldırılması üçün tədbirlər görürük.

- Fikrinizcə, iki ölkə arasında əmtəə dövriyyəsində rahatlığın təmin edilməsi üçün azad iqtisadi zonanın yaradılması haqqında müqavilənin imzalanması vacibdirmi?

- İran və Azərbaycan arasında viza rejiminin birtərəfli ləğv edilməsi Azərbaycan əhalisi tərəfindən müsbət qarşılanıb. İki ölkənin xalqları möhkəm tarixi mədəni əlaqələrlə sıx bağlıdır və mənim fikrimcə, İran və Azərbaycan biznesmenlərinin əməkdaşlığının artırılması məqsədilə azad iqtisadi zonanın yaradılması regionun ehtiyaclarından biridir.TREND

BİRLİK İnformasiya Agentliyi

  • Yazılıb
  • da (də) 2010 Apr 18