Tarix : 2010 Apr 19
Kod 16941

BİR TOZUN ƏLİNDƏ ACİZ QALAN İNKŞAF ETMİŞ AVROPA VƏ YA ALLAHIN QÜDRƏTİNİ DƏRK ETMƏYƏNLƏRƏ İLAHİ İS...

İslandiyadakı vulkan püskürməsi nəticəsində Avropa boyu uçuşlar təxirə salınıb
Beynalxalq Servisi/Aran Agentliyi
İslandiyadakı vulkan püskürməsi nəticəsində Avropa boyu uçuşlar təxirə salınıb. Vulkandan qalxan toz buludunun hərəkəti Avropanın 3 ən böyük hava limanın fəaliyyətinə təsir göstərib. Beynəlxalq aviasiya şirkətləri bunun nəticəsində hava limanlarının hər gün 10 milyonlarla dollar itkilər verdiyini deyirlər. Almaniya bu gün axşamadək öz hava məkanını bağlı elan edib. Toz kütləsi şərqdə Rusiya sərhədləri - bir qədər cənubda isə Rumıniyanın üzərində müşahidə olunur. Nəticədə Avropanın əksər hissəsində hava uçuşları dayandırılıb. Avropanın Şimal və Mərkəzi hissələrində azqala bütün aeroportlar bağlanıb. Bunun nəticəsi Asiyada belə hiss olunub. Beləki, Sinqapurda hava şirkətləri otellərdə boş yerlərin qalmadığını bildiriblər. Bir sözlə, Atlantik Okeanı ərazisindən tutmuş Rusiya sərhədlərinə, Alp dağlarından Şimal Buzlu Okeana kimi hava məkanları bağlı qalmaqdadır. Tozun Türkiyənin üzərini, xüsusilə Istanbulu bürüyəcəyi gözlənilir. Bir tozun əlində aciz qalan inkşaf etmiş Avropa Allahın qüdrətini müşahidə etməkdədir.
 
 
  • Yazılıb
  • da (də) 2010 Apr 19