İran mətbuati bir açıqlama yaymaqla ermənilərə ağır zərbə endirdi və Türkiyə və Azərbaycana böyük dəstək nümayiş etdirdi
Rusiya Servisi/Aran Agentliyi
İran mətbuati bir açıqlama yaymaqla ermənilərə ağır zərbə endirdi və Türkiyə və Azərbaycana böyük dəstək nümayiş etdirdi, belə ki, İranın nüfuzlu KİV də “ermənilər 1915-ci ildə 2 milyon türk müsəlmani qətlə yetiriblər” adlı xəbər bütün dünyanı şoka saldı, bu həqiqətin üstünü məhz İran açdı. 1981-ci ildə ABŞ-ın o zamankı prezidenti Ronald Reyqanın xüsusi tapşırığı ilə yaradılan komissiya araşdırmalar nəticəsində dəqiq müəyyən edilib ki, ermənilərin soyqırım iddiası yalandır, əslində 1915-ci ildə erməni terror qrupları Osmanlı Dövləti ərazisində 2 milyon türk müsəlmanı qətlə yetirib. Bu barədə ABŞ-ın eks prezidenti Ronald Reyqanın o zamankı hüquqi məsələlər üzrə müşaviri Brus Fin mətbuata açıqlamasında bildirib. O əlavə edib ki, ermənilər elə buna görə arxivlərin açılmasına razı deyillər. Keçmiş müşavir onu da qeyd edib ki, 30 ildir ABŞ rəsmiləri bu həqiqəti bilirlər. Əlbəttə o bunu da əlavə edib ki, ABŞ hər il bu məsələni erməni lobbisinin təhriki və maliyyəsinin müqabilində gündəmə gətirir, elə buna görədir ki, heç vaxt “soyqırım” kəlməsini dilinə gətirmir.