Ali Məhkəmənin binası qarşısında polis əməkdaşları bura toplaşan dindarlara təzyiq göstərməkdə davam edirlər
Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün saat 11.30-da Azərbaycan Ali Məhkəməsində Yeni Günəşli qəsəbəsindəki «Xanım Zəhra (s.ə.)» məscidinin dini icmasının 2009-cu il noyabrın 25-də Apellyasiya Məhkəməsinin Bakı 2 saylı yerli İqtisad Məhkəməsinin məscidin sökülməsinə dair çıxardığı qərarı qüvvədə saxlamasından kassasiya şikayətinə baxılmalıdır.
Ali Məhkəmənin binası qarşısında polis əməkdaşları bura toplaşan dindarlara təzyiq göstərməkdə davam edirlər. Bakı şəhər Baş Polis İdarəsinin rəisi Yaşar Əliyev Ali Məhkəmənin qarşısına gələrək, polisləri təlimatlandırdıqdan sonra ərazini tərk edib.
Bu arada isə İslam-Azeri.az İnternet qəzetinin Ali Məhkəmə binasının qarşısında olan bir əməkdaşı polis tərəfindən saxlanılaraq, naməlum istiqamətdə aparılıb. Onunla əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb.