Tarix : 2010 Apr 22
Kod 16998

Azərbaycanın millət vəkili qəzaya uğrayıb

aprelin 21-i, saat 13 radələrində Azərbaycan Xarici İşlər Nazirliyi binasının qarşısında zəncirvari qəza baş verib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, aprelin 21-i, saat 13 radələrində Azərbaycan Xarici İşlər Nazirliyi binasının qarşısında zəncirvari qəza baş verib. İşıqforda maşınlar dayanan zaman arxadan gələn qadın sürücünün idarə etdiyi “Mercedes” markalı maşın qarşıdakı “Hundai-Sonata” markalı avtomobilə çırpılıb. Bu maşın isə həmin vaxt işıqforda dayanmış millət vəkili Qənirə Paşayevaya məxsus “Toyota Prado” markalı maşına çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlum olub ki, qəzaya “Mercedes” markalı maşının xanım sürücünün sükan arxasında telefonla danışması səbəb olub.
Azərbaycan Respublikasının millət vəkili Qənirə Paşayeva hadisənin baş verdiyini təsdiqləyib. O, avtomobili zərər çəksə də, özünü və sürücüsünün səhhətində heç bir problem yaranmadığını deyib: “Mən çox təəssüf edirəm ki, bu gün Azərbaycanda bəzən sürücülər maşın idarə edərkən məsuliyyətlərini dərk etmədən, diqqətlərini yayındıran vasitələrlə məşğul olub, həm özlərinin, həm də başqalarının həyatını təhlükəyə atırlar”.
 
“Aran ” İA
  • Yazılıb
  • da (də) 2010 Apr 22