Tarix : 2010 Apr 22
Kod 16999

İsrail Türkiyəyə silah satışından imtina edir

İsrail Türkiyə ilə hərbi-texniki əməkdaşlığa yenidən baxmaq qərarına gəlib. Bu, iki ölkə arasında siyasi-diplomatik münasibətlərdə ciddi problemlərin yaşanması fonunda baş verib
Türkiyə Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, İsrail Türkiyə ilə hərbi-texniki əməkdaşlığa yenidən baxmaq qərarına gəlib. Bu, iki ölkə arasında siyasi-diplomatik münasibətlərdə ciddi problemlərin yaşanması fonunda baş verib.
Türkiyə mətbuatının yazdığına görə, hərbi-texniki əməkdaşlıq sahəsində yaranan gərginliyə səbəb Türkiyə rəhbərliyinin son zamanlar İsrailin ünvanına sərt tənqidlər səsləndirməsi, Fələstində törətdiyi cinayətləri açıq tənqid etməsi olub. Bildirilir ki, sionist dövlətinin “SİBAT” müdafiə ixracı qurumu bundan sonra Türkiyənin hər bir müraciətinə ayrı-ayrılıqda baxacaq, ona müsəlman ölkələrinə texnologiya və silah satışındakı problemlər kontekstində yanaşacaq.
Qeyd edək ki, hazırda “SİBAT” Türkiyəyə müasir silah satışı, raketdən müdafiə sistemləri, zirehli maşınlar və sairin satışı ilə məşğuldur.
İsrailin Müdafiə Nazirliyindəki mənbə isə Türkiyənin məşhur “Today’s Zaman” qəzetinə bunları deyib: “Bundan sonra Türkiyə ilə münasibətlərimiz əvvəlki kimi olmayacaq. Biz bu ölkədə müşahidə olunan İslam tendensiyalarına ehtiyatla yanaşacağıq”.
Ekspertlər bildirirlər ki, Türkiyənin bütün sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də İsrailə ehtiyacı yoxdur və sionist rejimin bu addımları Türkiyə üçün heç bir ciddi problem yarada bilməz.
 
“Aran ” İA
  • Yazılıb
  • da (də) 2010 Apr 22