Tarix : 2010 Apr 22
Kod 17002

Mehriban Əliyeva 100 min dollarlıq portsiqar alıb

Türkiyənin ANV telekanalı dünən Antalyada “lyuks” kateqoriyasına aid əşyalar sərgisindən kadrlar nümayiş etdirib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin “Turan”a istinadən verdiyi məlumata görə, Türkiyənin ANV telekanalı dünən Antalyada “lyuks” kateqoriyasına aid əşyalar sərgisindən kadrlar nümayiş etdirib. Satışa çıxarılan zinyət əşyaları arasında 250 min dollarlıq qadın tapançası, 100 min dollarlıq portsiqar, müxtəlif qiymətli əşyalar var idi.
Telekanalın yaydığı məlumata görə, brilliantlarla bəzədilmiş qızıl portsiqarı Azərbaycan dövlət başçısının həyat yoldaşı Mehriban Əliyeva alıb. Telekanal hədiyyənin kimin üçün nəzərdə tutulduğu barədə məlumat verməyib. Məlum olduğuna görə, Mehriban Əliyevanın həyat yoldaşı İlham Əliyev siqaret çəkmir. Bu baxımdan, Mehriban xanımın bu qiymətli hədiyyəni kimə təqdim edəcəyi jurnalistlərin marağını özünə cəlb edib.
 
“Aran ” İA
  • Yazılıb
  • da (də) 2010 Apr 22