Tarix : 2010 Apr 22
Kod 17003

Bakıda dini liderlərin sammiti keçiriləcək

cari il aprelin 27-29-da Azərbaycanda keçirilməsi nəzərdə tutulan dünya dini liderlərinin Bakı sammitinə son hazırlıqlar gedir. Bu xəbər “Turan”a Qafqaz Müsəlmanları İdarəsindən verilib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, cari il aprelin 27-29-da Azərbaycanda keçirilməsi nəzərdə tutulan dünya dini liderlərinin Bakı sammitinə son hazırlıqlar gedir. Bu xəbər “Turan”a Qafqaz Müsəlmanları İdarəsindən verilib.
Sammitə dəvət edilmiş 300-ə qədər qonağın artıq 250-sindən təsdiq cavabı gəlib. Sammitdə iştirakını təsdiq edənlər sırasında Moskva və Bütün Rusiya patriarxı Kiril, Gürcüstan patriarx-katalikosu İkinci İlya, MDB ölkələrinin müsəlman və xristian təmsilçiləri var.
Bununla yanaşı, Ermənistan katalikosu İkinci Qaregin, İsrail rejiminin baş ravvini tədbirə qatılacaqları ilə bağlı dəvətə hələ ki, təsdiq cavabı verməyiblər.
 
“Aran ” İA
 
  • Yazılıb
  • da (də) 2010 Apr 22