Tarix : 2010 Apr 22
Kod 17004

İslam Partiyasının sədri saxlanılıb

aprelin 20-si, günün ikinci yarısı Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov yaşadığı evin yaxınlığında polis tərəfindən saxlanılaraq...
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, aprelin 20-si, günün ikinci yarısı Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov yaşadığı evin yaxınlığında polis tərəfindən saxlanılaraq, Binəqədi rayon Polis İdarəsinə aparılıb. Təqribən bir sutkaya yaxın Polis İdarəsində saxlanılan partiya sədri aprelin 21-i saat 12-də sərbəst buraxılıb. Mövsüm Səmədova saxlanılması ilə əlaqədar heç bir açıqlama verilməyib.
Bu, Azərbaycanda islamçıların təqiblərə məruz qaldığı ilk hadisə deyil. Artıq islamçı fəalların hüquq-mühafizə orqanları tərəfindən saxlanılması, müntəzəm qaydada müvafiq orqanlara çağrılması, yersiz sorğu-suallara tutulması, daim nızarət altında saxlanılması bir ənənə şəklini alıb.
Xatırladaq ki, bundan bir gün əvvəl Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov ölkə başçısı İlham Əliyevə açıq məktub yazaraq, onun siyasətini tənqid etmişdir.
 
“Aran ” İA
  • Yazılıb
  • da (də) 2010 Apr 22