Azərbaycan Servisi/Aran Agentliyi
Yeni Günəşli “Fatimeyi Zəhra” məscidi dini icması mətbuata açıqlama verərək məlumat yayıblar ki, onlar dindarları təxribata uymamağa, sivil, hüquqi və dinc yola mübarizə aparmağa çağırıb. Dini İcma rəhbərliyi kütləvi etiraz aksiyalarını keçirməməyi, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya getməməyi tövsiyyə edib və məscidin sökülməməsi üçün hüquqi, sivil və demokratik yollardan istifadə etməyə çağırıb. Icma rəhbərliyi bildirib ki onlar heç bir etiraz aksiyasını təşkil etmir və dəstələmirlər, yalnız qanun çərçivəsində məscidin sökülməməsi ilə bağlı addımlar atacaqlarını bildiriblər.