Tarix : 2010 Apr 23
Kod 17013

DİNDARLARIN MƏHKƏMƏSİ 30 APRELƏ QƏDƏR TƏXİRƏ DÜŞDÜ

Ekspertlər həm məscidin, həm də dindarların təxirə düşən məhkəmələrinin təsadüfü olmadığını bildirirlər. İqtidar isə məhkəmələrin təxirə salınmasını hələlik texniki məsələlərlə izah edir
Azərbaycan Servisi/Aran Agentliyi
13 fevralda İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) şəhadət günü münasibəti ilə Şəhidlər Xiyabanına yürüş etmək istəyən dindarların polis tərəfindən dağıdılarkən yaranmış insidentdən sonra həbs edilmiş dindarların məhkəməsi təxirə salınıb. Məhkəmənin vaxtı 30 aprelə keçirilib.
Qeyd edək ki, 13 fevralda 5 nəfər dindar Cinayət Məcəlləsinin 221.3 və 315.2-ci maddələrində nəzərdə tutulan cinayət hərəkətləri törətməkdə şübhəli şəxs qismində 2 aydan çoxdur ki, təcridxanada saxlanıblar. Ekspertlər həm məscidin, həm də dindarların təxirə düşən məhkəmələrinin təsadüfü olmadığını bildirirlər. İqtidar isə məhkəmələrin təxirə salınmasını hələlik texniki məsələlərlə izah edir.
 
  • Yazılıb
  • da (də) 2010 Apr 23