Tarix : 2010 Apr 23
Kod 17033

İran radarlarda görünməyən qayıqlarını nümayiş etdirib

İranın İslam İnqilabı Müdafiə Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Fars körfəzində ikinci gündür keçirdiyi təlimlərdə raket daşımağa qadir yeni sürət qayıqları nümayiş etdirilib
İİR Servisi/Aran Agentliyi
İranın İslam İnqilabı Müdafiə Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Fars körfəzində ikinci gündür keçirdiyi təlimlərdə raket daşımağa qadir yeni sürət qayıqları nümayiş etdirilib.
İran hərbçilərinin sözlərinə görə, radarlarda görünməyən qayıq uzaqdan da idarə oluna bilər.
Onun daşıdığı raketlər isə düşmən gəmilərinin göyərtələrində yeddi metrlik dəliklər açmağa qadirdir.
Ötən gün başlayan və üç gün davam edəcək təlimlərdə SEPAH-ın quru, hava və dəniz qüvvələri iştirak edir.
ANS
  • Yazılıb
  • da (də) 2010 Apr 23