Səfər zamanı iki ölkə arasında əlaqələr, parlamentlərarası əməkdaşlıqla bağlı müzakirələr keçiriləcək
Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün İran parlamentinin üzvləri Azərbaycana səfər edəcək. Milli məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Seyid Kazım Musəvi başçılıq edir. Səfər zamanı iki ölkə arasında əlaqələr, parlamentlərarası əməkdaşlıqla bağlı müzakirələr keçiriləcək. ans