Tarix : 2010 Apr 26
Kod 17070

İkinci Qaregin Bakıdakı erməni kilsəsinə baş çəkdi

Dini liderlərin Ümumdünya sammitində iştirak üçün Bakıda səfərdə olan Moskva və Ümumrusiya patriarxı Kirill və bütün ermənilərin katalikosu İkinci Qaregin aprelin 26-sı erməni kilsəsində olublar
Azərbaycan Servisi/Aran Agentliyi
Dini liderlərin Ümumdünya sammitində iştirak üçün Bakıda səfərdə olan Moskva və Ümumrusiya patriarxı Kirill və bütün ermənilərin katalikosu İkinci Qaregin aprelin 26-sı erməni kilsəsində olublar.
“Aran” İnformasiya Agentliyinin ANS-ə istinadən verdiyi məlumata görə, dini liderlərin təhlükəsizliyi baxımından kilsə ərazisi polis tərəfindən əhatəyə alınıb. Bu səbəbdən televiziyalar yalnız dini liderlərin maşın karvanını lentə ala biliblər.
Xatırladaq ki, Dini liderlərin Ümumdünya sammiti də elə həmin gün işinə başlayıb. Sammit çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və Ümumrusiya patriarxı ikinci Kirill, bütün ermənilərin katolikosu İkinci Qaregin arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra isə 3 dini lider birgə bəyannamə qəbul ediblər.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Apr 26