Bunu Azərbaycan və Ermənistan arasıda vasitəçilik edən, guya regionda sülh yaratmaq məqsədi güdən ABŞ və İsrail rejimi edir
İİR Servisi/Aran Agentliyi
“Ermənistan bilməlidir ki ABŞ-ın və İsrail rejiminin ona ürək yandırması boş şeydir, bu, regionda qarşıdurma yaratmaq niyyətindən başqa bir şey deyil. Bu iki ölkənin hiyləsindən nə müsəlmanlara, nə də bölgəyə xeyir olmayacaq”.
APA-“FARS” agentliyinin verdiyi məlumata görə, bu sözləri Ali rəhbərin Ərdəbil əyalətindəki nümayəndəsi Seyid Həsən Amuli deyib.O bildirib ki, 20 ildir ki Qarabağ məsələsi həll olunmamış qalıb: “Bunu Azərbaycan və Ermənistan arasıda vasitəçilik edən, guya regionda sülh yaratmaq məqsədi güdən ABŞ və İsrail rejimi edir. İki ölkə arasında vasitəçilik edən təşkilatların bu sahədə bacarıqsız olduqlarının şahidiyik. Onlar durumu bir az da gərginləşdirmək istəyirlər”.
Seyid Həsən Amuli bildirib ki, İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməsinə Azərbaycan müsbət cavab verib, amma Ermənistan bu məsələdə hələ də susur: “Belə görünür ki, Ermənistan İranın bu məsələni dostcasına və sülh şəraitində həll etməsini istəmir. Ernmənistan ABŞ və Qərb ölkələrinin arxasınca getməkdə böyük səhvə yol verir. Ermənistan Türkiyə və Azərbaycanın bu yolda təcrübələrindən ibrət götürməlidir”.
Amuli bildirib ki, İran Azərbaycanın daim inkişaf etməsini arzulayır: “Bu ölkənin hər bir halda haqlarının tapdanması bizə xəcalət verir. Azərbaycan dövləti də bilməlidir ki yadellilər onun yaxşılığını və inkişafını istəmirlər və onlar öz mənafelərinin təminatı üçün Azərbaycana gəlirlər.
Ümid edirəm ki bir gün Qarabağ erməni işğalçıların tapdağından azad olacaq və bu qədim diyarın viran olmuş el-obaları, o cümlədən məscidləri abad olacaq, minarələrindən azan səsi ucalacaq”.