Tarix : 2010 Apr 26
Kod 17073

Bakının Əzizbəyov rayonunun adı Xəzər olur?

aprelin 26-sı Milli Məclis yanında Toponimiya::;;;;;; Komissiyasının iclası keçirilib. Komissiyasının sədri, akademik Budaq Budaqov iclası açaraq gündəlikdəki məsələlər barədə məlumat verib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, aprelin 26-sı Milli Məclis yanında Toponimiya::;;;;;; Komissiyasının iclası keçirilib. Komissiyasının sədri, akademik Budaq Budaqov iclası açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. O bildirib ki, birinci məsələ Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması ilə bağlıdır.
Qeyd edilib ki, yerli əhali rayonun adının dəyişdirilməsi barədə aidiyyəti qurumlara dəfələrlə müraciətlər edib.
İclasda iştirak edən komissiya üzvləri və millət vəkilləri coğrafi yerləşmə məkanına görə, rayonun iqtisadi strateji baxımdan dənizlə bağlılığını nəzərə alaraq rayona Xəzər adının verilməsi təklifini məqsədəuyğun hesab ediblər.
Sonra gündəlikdə duran Salyan rayonunun Yenikənd kəndinin Aşağı Xələc kəndi adlandırılması məsələsinə baxılıb. Qeyd edilib ki, sakinlər kəndin tarixi adının qaytarılması barədə lazımi strukturlar qarşısında məsələ qaldırıblar. Yenikənd bələdiyyəsi əhalinin istəyini nəzərə alaraq kəndin adının dəyişdirilməsi ilə bağlı müvafiq qərar qəbul edib. Müzakirələr zamanı kəndin adının Aşağı Xələc adlandırılması fikri məqbul sayılıb.
İclasın sonunda hər iki məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
 
“Aran” İA
 
 
  • Yazılıb
  • da (də) 2010 Apr 26