Tarix : 2010 Apr 27
Kod 17092

Despotik sistemin qulları

.
Azərbaycan Servisi/Aran Agentliyi
Bir iranlının Bakı əhvalatı
Son bir neçə ildəBakıda olduğum müddətdə Azərbaycan Respublikasındakı nəşrlər və saytlaramüraciət mənim üçün əsla ürəkaçan olmayıb. Yazılardakı dil yarası , eyhamlar, kinayələr qəlbimə sanki yara vurub. Bir müddətdir, buölkədə simvollar və atributlar dəyişir. Milli-mənəvi dəyərlər yoxa
çıxır. Ölkənin dörd bir guşəsinə lövbər salmış ayrı-ayrı dövlətlərin hərəsi özplanlarını icra etməklə məşğuldular. Bu arada məni həyrətdə qoyan din və İranbaşda olmaqla dini ölkələrin çox geniş surətdə hədəfə
alınmasıdır.
Dahaçox incidən gözü bağlı İrana söyüş verən , İslam fiqhinə qarşı biabırçıtəbliğat aparan, lakin Azərbaycanın üzləşdiyi acılar vəuğursuzluqlarının kənarından sükutla keçən Məhəmmədrza Ləvai kimiüfunətli
satqınların əməlləridir. Bakı saytlarında İrandan fərari düşmüşsatqın Məhəmmədrza Ləvainin yazısını oxuduqda, Bakı DövlətUniversitetində
müəllimlərdən birinin sözləri yadıma düşdü. O, deyirdi: Bəzi şəxslər məvacibsiz qula bənzəyir ki, bir paketqırışıq dollardan ötrü dinini , imanını , vətəninisatmağa hazırdır.Əvəzində mafia qrupları və yaraqlı dəstələrə qoşulmaqimkanını qazanırlar.
Cənab Ləvai, mənim üçün maraqlıdır, siz AzərbaycanR-nın hökmdarları kimi İslamdan danışırsınız. İslam Respublikasına da düzasılı hökmdarlar kimi hücum edirsiniz. Zənnimcə heç Orta Əsrlərdə dəAzərbaycanda olduğu kimi xalqın dini işlərinə qarışmırdılar. Dinə bu qədərnəzarət yox idi
.
Daha acınacaqlısı isə bu nəzarətinqanuniləşdirilməsidir. Heç xəbəriniz varmı, Azərbaycanın əziz məclisitam fəxarətlə onu təsdiqləyib. Namaz qılanda və ya hər hansı digər diniehkamda dövlətdən icazə almalısan? Əhalisinin 80 faizdən çoxu müsəlman olanbir ölkədə ilahiyyat oxuya bilməzsən. Əlində islami kitab gəzdirənşəxslərlə narko-tacir və ya insan alverçiləri kimi rəftar olunur. Ancaq ürəyin istədiyi qədər əxlaqsızlığı təbliğ edən nəşriyyələr, vəhhabivə bahai kitabları, xristian missionerləri və hind krişnalarının "ədəbiyyatı" yayılır, təbliğ olunur. Onlar hətta özlərinə sinaqoq və kilsə tikirlər. Kimsədən də icazə almırlar. Sizin qənaətinizcə budurmu azadlıq
?
Sizindostlarınız uzun əsrlərdir, İslam sədasının ucaldığı hər bir ölkənisusdurmağa çalışıblar. Bariz nümunəsi həmin Azərbaycandır. Təsəvvür edirsinizki İran da Azərbaycadır düşmənlərini səhv tutsun
?
Çoxdan idi ki, Azərbaycan qəzetlərində anti-İslam yazılarını oxuyanda belə bir suallaüzləşirdim: İslam dini ilə bu qədər ziddiyyət nəyə görədir? Bir müddət Bakıdayaşadıqdan sonar cavabını tapdım."İslam sürətlə yayılır".Kommunizm, liberalism və sionizm yetirməsi olan hökmdaları təşvişə salanbudur.

Yadınızdadırmı, Dini İşlər üzrə Dövlət Komitəsinin sədri zabitlərləgörüşündə ordunun namazxanalarında vacib əməllərin və dini mərasimlərinyasaqlanmasını istəyəndə zabitlər ona etiraz etdilər. Onlar özlərini türkhərbçiləri ilə müqayisə edib dedilər: Türkiyə ordusunun əsgər və zabitləridini ehkamlıarına əməl etməkdə azaddırlar, məgər biz müsəlmandeyilik?
Azərbaycanda bir neçə il yaşamaq mənə öyrətdi ki, hakimiyyət dairələrində müşahidə olunan kommunist təfəkkürününsionist təfəkkürü ilə heç bir fərqi yoxdur. Bu günlər Azərbaycan R-da nəşrolunan qəzetlər və medialarda

hər şey din və dini quruluş adı ilə pislənilir. Bu planı Bakıda satqın millətçilərin ağaları icra edirlər, satqın millətçilər də onların əlində bir kukla olaraq, İran hökumətinimüstəbid və İran rəhbərliyini diktator
adlandırırlar.
İndi dünyada əlaltırejimləri çıxmaqla bütün xalqlar yaxşı bilirlər ki, modern dünyada qondarmadövlətlər və rejimlər kimlər tərəfindən , harada tətbiq olunur! Tağutsisteminin və modern müstəbidliyin nə olduğunu yaxşı anlayırlar. Təkcə satqınlar bunu bilmək istəmirlər.
Qərbdəki xəbər qaynaqları yalanyerə İran rəhbərinin vəfat xəbərini yayanda sizin Azərbaycan R-dakıdostlarınız gör nə qədər məlumat toxudular, yalan bir xəbərə görəsevinclərini gizlətmədilər. Hətta İrana yeni rəhbər də təyin etdilər. O zaman bu şayiə Azərbaycan R-da müsəlman xalqın dərin nigarançılığınasəbəb oldu. Mən onların baxışında dərin kədər gördüm. Və xəbərin yalan olduğubilindikdə, həmin baxışlarda sevinc və fərəh dalğalanırdı. Satqınlararxayın olsunlar ki, Azərbaycan R-da müsəlmanlarınVəliyi-Əmrinə münasibətdə bu bu müqəddəs sevginin səbəbini bilməyəcəklər.  Zira onlarda heç bir dinə və məsləkə inam yoxdur. Üstəlik vətən məfkurəsi dəonlar üçün heç nədir.

Əgər Bakıya sığınmış satqınlarda zərrə qədərəqidə olsaydı, baxışları bu dərəcədə çirkin və kobud görünməzdi.
AğayiLəvai, hansı məktəbə qulluq edirsən? Sionizmə
?
Marksizmə? Laisizmə? Nə kimiadamların ardınca sürünürsən
?
Beyinləri əlindən alınmış dinsiz qullarınardıncamı? Xalqın azadlıq hüququnu və azad yaşamaq istəyini əlindənalmış tağutların və tiranların ardıncamı?

Ən azı bunu yaxşı başadüşmüsünüz ki, İran Rəhbəri öz çıxışlarında yalnız Qurani-Kərimə söykənir. Həzrəti Məhəmmədə(s.ə.s) itaət sizə bu qədər ağır gəlirki, sivilizasiyalararası dialoqu Allahın Rəsuluna itaətdənüstün
tutursunuz?
Ağayi Ləvai və onun ağaları yaxşı bilirlər ki, İranda despotik rejim mövcud deyil. Halbuki beynəlxalqsümürgəçiliyin kökləri dünyanın o başından Azərbaycan Respublikasınaqədər uzanıb.İran uzun illərdir bu ölkə hökmdarlarına köləlikdən xilasolmaq üçün bilgi verir. Heç modern quldarlıqdan xəbəriniz varmı? Mən buradaAzərbaycan R. rəsmilərinin hərəkətlərində, özlərini ziyalı adlandıran asılıyazarların davranışında

açıq-aşkar modern quldarlığın nişanələrini görürəm. Bir vaxtlar Bakı küçələrində azəri ataların ruhunu duyardıq, indi isəhəmin məkanda qorxa-qorxa addım atırsan.
Sizin qeyri-insani baxışınızınvəhhabi, kommunist və sionist dövlətlərin baxışı ilə fərqi yoxdur. Vəhhabilərdə şiələri təhqirlərə məruz qoyurlar. Azərbaycanda dadinə qarşı intriqalarişə salınıb. Bu hərəkətlərə dözmək

çətindir.
Azərbaycan R-da 28 səfər günüdindarlar polisin vəhşicəsinə basqısına məruz qalanda heç azərilərihüquqlarını "müdafiə" edənlərdən səs çıxmadı. Peyğəmbər sünnətininəleyhinə olanlar nə bilir Vilayəti-Fəqih və və  müsəlman xalqın buna inancınədir? Qoy Ləvai kimilər kilsənin kənarında oturub qara tüstünü və qarakardinalları gözləsinlər
.
Ağayi Ləvai, Azərbaycan məscidlərindən daha bir şeyqalmayıb. Gözünüzü yumsanız sonuncusunun da günbəzi yıxılacaq. Ənazı Gürcüstandan öyrənin ki, 30-cu məscidlərini inşa etdilər ki, adınımüsəlman qoyub İslamın kökünü qazanlara mesaj vermiş olsunlar. Bilin ki, məscid-minarə yıxmaqla xalqın inancını əlindən almaq mümkün deyil. Necə kihicabı qadınların başından götürəndə onların qəzəbini artırmışolursunuz
.
Ağayi Ləvai, heç bilirsiniz ki, söz azadlığı, ədalətvə istiqlal Bakının harasında dəfn olundu? Bilirsinizmi, azadlıqvə istiqlal hissini yalnız İranda tapmaq olur
?
Vilayəti-Fəqih sistemininİslam prinsiplərinə arxalanaraq İranda qurduğu metod yəqin ki dostlarınızıhiddətləndirib
.
İran xalqının qəbul etdiyi İslamda nə müstəbidlik var , nə də modern quldarlıq. İran xalqının İslamı azadlıq və ədalət İslamıdır. Həqiqi mənada xalq hökuməti qurulub İranda. İndi siz İslama və ruhaniyyətəqarşı çıxırsınız. Çünki ölkələrin qul olmasını , modern despota boyunəyməsini

istəyirsiniz.
İnanmıram bu sözlər Azərbaycan qəzetlərində nəşrolunsun. Məhəmmədrza Ləvai kimi satqın ünsürlər mənim bir iranlı tələbəolaraq fikirlərimi qəbul etməyəcəklər.Çünki ağaları onlarıistiqamətləndirir.İnanmıram bunlar gözlərini açsınlar. Azərbaycan R. xalqınınqəzəbini görmək istəməzlər. Bunlardan heç nə gözləmək olmaz. Təkcə qulaqlarını tutsunlar ki, Allahu-Əkbər sədasını eşitməsinlər
.

BDU-nun İran azərilərindən olan tələbəsi
  • Yazılıb
  • da (də) 2010 Apr 27