Tarix : 2010 Apr 28
Kod 17095

Bakıda “8 km bazarı” yanır

Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan paytaxtında güclü yanğın başlayıb.

Nizami rayonu ərazisində yerləşən, “8 km bazarı” yanır. Yanğının miqyası böyükdür.

Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. Yanğının qarşısının alınması üçün tədbirlər görülür. Hadisənin səbəbləri barədə hələlik məlumat yoxdur. Xəsarət alanların olub-olmadığı da bilinmir. Yanğın davam edir.
 
  • Yazılıb
  • da (də) 2010 Apr 28