Tarix : 2010 Apr 28
Kod 17107

ERMƏNİSTAN VƏ AZƏRBAYCAN DİN XADİMLƏRİ QARABAĞ ÜZRƏ DANIŞIQLARA XEYİR-DUA VERİBLƏR

Ötən ilin payızında Yerevan və Ankara arasında sülh sazişləri imzalandıqdan sonra iki ölkə arasında münasibətlər xeyli gərginləşdi
Azərbaycan Servisi/Aran Agentliyi
Prezident İlham Əliyevin erməni katolikosu II Qaregenlə dünənki görüşünə qədər Bakı və Yerevan Qarabağ nizamlanması üzrə mövqelərinin barışmazlığını nümayiş etdirirdilər. Yerevanda katolikos 1915-ci il qurbanlarına dua oxumuşdu, İlham Əliyev isə Müdafiə Nazirliyində yaddaqalan görüş keçirdi. Aprelin 24-dən sonra polemik tonun dialoq tərzinə çevrilməsi gözlənilməz oldu. Ermənistan KİV-ləri II Qareginin Bakıya səfəri mümkünlüyünə ciddi şübhələrdən yazırdı, Azərbaycan mətbuatında isə, səfər qeyri-mümkün hesab edildiyi üçün, bu mövzu ümumiyyətlə müzakirə olunmurdu.
Ötən ilin payızında Yerevan və Ankara arasında sülh sazişləri imzalandıqdan sonra iki ölkə arasında münasibətlər xeyli gərginləşdi. Bakı sazişin əsas məsələsinin - Ermənistan-Türkiyə sərhədinin açılmasının əleyhinə çıxdı və buna, demək olar ki, mane oldu. II Qareginin səfərinin erməni və Azərbaycan mətbuatında və ictimaiyyətində ehtiyatlı qiymətləndirilməsi göstərir ki, Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin qəbul etdiyi bəyannamə hər iki ölkənin dünyəvi hakimiyyəti tərəfindən qəbul edilə bilər.
Təsadüfi deyil ki, II Qaregin öz nitqində sülh danışıqlarında prezidentləri dəstəkləməyin din xadimlərinin borcu olduğunu qeyd edib. “Biz istəyirik ki, ermənilər və azərbaycanlılar yenidən birlikdə yaşasınlar, əvvəlki kimi sərhədlər açılsın və geniş əlaqələr qurulsun”, deyə katolikos bildirib.
Bakı belə dialoqa hazırdır. II Qareginin Bakıya dəvət edilməsi və İlham Əliyevlə görüşü buna dəlalət edir. Hər iki paytaxtda hərbi ritorikanın daha az səslənəcəyini və Ermənistanın Yerevanda keçiriləcək növbəti sammitdə Paşazadəni qəbul etməyə hazırlaşacağını gözləmək olar.
 
 
  • Yazılıb
  • da (də) 2010 Apr 28