Tarix : 2010 Apr 28
Kod 17108

ŞUŞA MƏSCİDİ BƏRPA OLUNACAQ

“Bütün ermənilərin katalikosu 2-ci Qaregin Azərbaycan respublikasının prezidentinə artıq Şuşa məscidinin bərpa olunması barədə qərar qəbul olunduğunu bildirib
Azərbaycan Servisi/Aran Agentliyi
Ötən gün Azərbaycan, Rusiya və Ermənistan dini ilderlərinin üçtərəfli görüşündə Dağlıq Qarabağda dini mədəni abidələrin bərpa olunması barədə razılıq əldə olunub. Bunu ANS-ə müsahibəsində bütün ermənilərin katalikosunun müavini Eznik Petrosyan bəyan edib. Petrosyan II Qaraginin prezident İlham Əliyevlə görüşündə Şuşa məscidinin yaxın vaxtlarda bərpasına başlanacağını da açıqladığını bildirib
 
“Bütün ermənilərin katalikosu 2-ci Qaregin Azərbaycan respublikasının prezidentinə artıq Şuşa məscidinin bərpa olunması barədə qərar qəbul olunduğunu bildirib. Təkcə qərar qəbul olunmayıb, artıq arxitektura, rekonstruksiya layihəsi hazırlanıb. İşə çox tez, sayılı günlər qədər tez başlanacaq. Dünən dini liderlər arasında üçtərəfli görüşdə bu abidələrin ancaq saxlanması yox, həm də təmir edilməsi barədə qərar qəbul edilib”. E.Petrosyan bundan sonra heç bir abidənin dağıdılmayacağını bildirib.
Qeyd edək ki, 1912-ci ilədək Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. Hazırda bu məscidlərin heç biri qalmayıb və ermənilər tərəfindən dağıdılıb. XX yüzilliyin əvvəllərinə qədər İrəvan qalasında 8 məscid fəaliyyət göstərib. İndi onların izi belə qalmayıb. İrəvan qəzasında ən qədim məscid 1510-cu ildə Şah İsmayılın əmri ilə inşa olunub. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırıblar. Məscid insanlarla birgə tamamilə yanaraq, külə dönüb. Birinci Qarabağ savaşı zamanı ermənilər işğal etdikləri Azərbaycan ərazilərində 800-dən çox məscidi dağıdıblar. Buna baxmayaraq, Azərbaycanda erməni kilsəsi qorunub saxlanılır.
 
  • Yazılıb
  • da (də) 2010 Apr 28