Ali məhkəmə Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə.) məscidi dini icmasinin şikayətinə baxılmasını üçüncü dəfə, indi isə mayin 7-dək təxirə saldı
Azərbaycan Servisi/Aran Agentliyi
Ali məhkəmə Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə.) məscidi dini icmasinin şikayətinə baxılmasını üçüncü dəfə, indi isə mayin 7-dək təxirə saldı. Ali Məhkəmənin qərarını gözləmək məqsədilə məhkəmənin qarşısına gələnlərdən 150 nəfərdən çox insan polis tərəfindən saxlanıldı, onların içərisində 6 nəfər hicablı xanım, “İslam-Azəri” internet qəzetinin müxbiri Tural Əliyev və nüfuzlu din adamı Hacı Kamran Şamilli də olub, saxlanılanlardan 5 nəfərin hərəsinə 5 sutka məhkəmə həbs verib, 2 nəfər 25 manat cərimə olunaraq digərləri ilə birgə bir neçə saatdan sonra sərbəst buraxılıblar. İnanclılar Xanım Fatimeyi Zəhranın şəhadəti günündə o Xanımın adına olan məscidin məhkəmə qərarını gözlədikləri halda polis tərəfindən aksiyaçı kimi saxlanıldılar. Hər halda Məhkəmənin hələ qərar verə bilməməsinin səbəbi tam olaraq bəlli deyil. May ayının 7-də məhkəmənin yenə də təxirə düşməməyi istisna deyil. Artıq bəlli lan budur ki, məhkəmə bəlli olmayan səbəblərdən gecikdirilir. İqtidar məscidin sökülməsi və ya sökülməməsi ilə bağlı qərarda tərəddüd edir.