Tarix : 2010 Apr 29
Kod 17127

“ANS”-ə əxlaqsızlığa görə xəbərdarlıq edildi

bu qurumda 28 aprel tarixində iclas keçirilərək, teleradio məkanında mövcud vəziyyət və yayımçıların monitorinqlərinin nəticələri müzakirə edilib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Azərbaycan Respublikası Milli Tele-Radio Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qurumda 28 aprel tarixində iclas keçirilərək, teleradio məkanında mövcud vəziyyət və yayımçıların monitorinqlərinin nəticələri müzakirə edilib.
Şuranın yekun qərarına əsasən, 18 aprel 2010-cu il tarixdə “ANS”-də yayımlanan “Ağlasığmaz hərəkətlər” verilişində “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 2.7, 2.8-ci bəndinin tələblərini pozduğuna görə “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib. Beləliklə, növbəti dəfə “ANS” kanalı əxlaqa zidd verilişlər yaydığına və ictimai fəsadlara rəvac verdiyinə görə xəbərdarlıq alıb.
 
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Apr 29