Tarix : 2010 May 01
Kod 17147

ALİ MƏHKƏMƏ ƏYYAMİ FATİMİYYƏDƏ “FATİMEYİ ZƏHRA” MƏSCİDİNİN SÖKÜLMƏSİNƏ QƏRAR VERDİ

Dindarlar, hətta hicablılar belə yenə də polis tərəfindən saxlanıldı
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan Ali Məhkəməsi Bakıda yerləşən "Fatimeyi Zəhra" məscidinin sökülməsi ilə bağlı qərarı dəyişdirmədi. Yeni Günəşli qəsəbəsi, V massiv, 33 ünvanında yerləşən "Fatimeyi Zəhra" məscidinin sökülməsi ilə bağlı 2 saylı Yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında qərar çıxarıb. Ali Məhkəmənin bu gün keçirilən iclasında dini icmanın həmin qərardan verilən şikayətinə baxılıb. Məhkəmə kassasiya şikayətini təmin etməyib, 2 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Bu barədə Trend-ə cümə günü məhkəmədən məlumat verilib. Qətnamə ilə məscidin yerləşdiyi torpaq sahəsi iddiaçıya verilib, məscidin sökülməsi və dini icmanın həmin ərazidən çıxarılması barədə qərar verilib.
Xatırladaraq ki, Suraxanı rayon İcra Hakimiyyəti məscidin inşa olunduğu torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onlara verildiyini və məscidin qanunsuz tikildiyini əsas gətirərək, onun və ərazidəki yardımçı tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət edib. "Fatimeyi Zəhra" məscidinin tikintisi rayon İcra Hakimiyyəti tərəfindən dayandırılıb. "Fatimeyi Zəhra" dini icmasının üzvləri isə məscidə buraxılmır. Bakı şəhər İcra Hakimiyyəti başçısının 1996-cı il tarixli sərəncamı ilə Yeni Günəşli qəsəbəsində "Fatimeyi Zəhra" məscidinin tikintisi üçün 1 hektar 30 sot torpaq sahəsi ayrılıb. Lakin Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 2002-ci ilin sonunda, həmin torpaq sahəsinin uzun müddət istifadə olunmadığına görə, sərəncamın ləğv olunması və torpaq sahəsinin Suraxanı rayon İcra Hakimiyyətinə idman və əyləncə kompleksinin tikintisi üçün ayrılması barədə sərəncam verib. Suraxanı rayon İcra Hakimiyyəti həmin torpaq sahəsinin onlara ayrıldığını əsas gətirərək məhkəməyə müraciət edib. Son bir ildə Bakıda qanunsuz tikildiyi əsas gətirilərək Məhəmməd Peyğəmbər məscidi və Neft Daşlarındakı məscid sökülüb.
 
Məlumat verilir ki, dindarlar Ali Məhkəmənin Qarşısında Polis Tərəfindən Saxlanılaraq Polis Bölməsinə aparılıblar, ümumiyyətlə bu gün səhərdən bir neçə nəfər dindar polis tərəfindən saxlanılıb.
 
Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə.) məscidi polis tərəfindən əhatə edilib, bunun məhkəmənin məscidin sökülməsi qərarından sonra baş verdiyi bildirilir
 
Ali Məhkəmədə Yeni Günəşli “Fatimeyi Zəhra” məscidinin sökülməsindən verilən məhkəmə şikayətinin cavabını, yəni məhkəmənin qərarını bilmək üçün Ali Məhkəmə binası qarşısına gələn 6 qadın da polis tərəfindən saxlanılıb.Dəqiqləşdirmələr zamanı məlum olub ki, 37-ci polis bölməsinə gətirildikdən sonra onlar az sonra azad olunublar. Zərəçəkmişlərin birlik.az-a verilən məlumatında polislərin onlarla kobud rəftar etdikləri bildirilir.
 
  • Yazılıb
  • da (də) 2010 May 01