Ötən il Azərbaycan Dövlət Neft Akademiyasındakı terror hadisəsində şəhid olanları anmaq məqsədilə ilə ADNA qarşısına toplaşan insanlar da polis zorakılığı ilə qarşılandılar
Azərbaycan Servisi/Aran Agentliyi
Ötən il Azərbaycan Dövlət Neft Akademiyasındakı terror hadisəsində şəhid olanları anmaq məqsədilə ilə ADNA qarşısına toplaşan insanlar da polis zorakılığı ilə qarşılandılar. Yüzlərlə gənc ADNA-nın qarşısından uzaqlaşdırıldı, onlarla insan polis bölməsinə aparıldı. 10 nəfər 10 sutka həbs aldı. Minlərlə polis əməkdaşı hələ səhər saatlarından ADNA ətrafında keşik çəkməklə gələnləri qabaqcadan qarşılamağa hazır idi. Saxlanılanlar arasında bir neçə nəfər qadın da var idi. Anım mərasimində iştirak edənlərin əsas şüarı “onlar sizi unutdu biz unutmadıq”, “30 aprel-matəm” idi.