Tarix : 2010 May 01
Kod 17151

İkinci Qaregin Sərkisyanı Bakı səfəri haqda məlumatlandırdı

Bütün ermənilərin Katolikosu İkinci Qaregin Bakı səfərindən qayıtdıqdan sonra Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin “Yeni Şərq”ə istinadən verdiyi məlumata görə, Bütün ermənilərin Katolikosu İkinci Qaregin Bakı səfərindən qayıtdıqdan sonra Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb. “Armenia Today” xəbər verir ki, Ermənistan prezidenti ilə dini liderin görüşündə İkinci Qaregin Bakı səfəri, xüsusilə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşün nəticələri haqda məlumat verib. Sərkisyanla Qareginin görüşü haqda heç bir rəsmi açıqlama verilmir.
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 May 01