Tarix : 2010 May 03
Kod 17188

Mossad agentləri İstanbulu qarışdırdı

Mossad agentləri İstanbulda əməliyyat keçirməyə cəhd göstərib
Azərbaycan Servisi/Aran Agentliyi
Əvvəllər dünyanın hər yerində təşkil etdikləri qanlı sui-qəsdlərlə gündəmə gələn Mossad agentləri, Türkiyədə də əməliyyat keçirməyə cəhd göstərib. İstanbulda bir jurnalisti nəzarətə almaq istəyən Mossad agentləri, təhlükəsizlik güclərinə müqavimət göstərib və təhdid edib.

FaktXeber.com-un verdiyi məlumata görə, ShowTV müxbiri Göktan Bedük, İsrail Konsulluğu vəzifəliləri olduqları sonradan aydın olan şəxslər tərəfindən parkda istirahət edərkən nəzarətə götürülməyə cəhd olunub.

İsrail agentlərindən şəxsiyyət soruşan jurnalist onlara tabe olmayıb. Şəxsiyyət göstərməyən israilli agentlər isə Bedükü nəzarətə götürə bilməyincə, onu döymək istəyiblər. Hadisəyə polis müdaxilə edib.

Nəzarətə alınan şəxslərin İsrail Konsulluğunda vəzifəli olduğu aydın olub.

Nəzarətə alınan İsrail Konsulluğu vəzifəliləri polisə müqavimət göstərərək uzun müddət şəxsiyyət verməkdən və adlarını söyləməkdən imtina ediblər. Agentlər diplomatik pasportlarını göstərib polis bölməsinə aparılmalarının böhran yaradacağı xəbərdarlığını səsləndirərək, polisi təhdid ediblər.

Bundan sonra hadisə yerinə Terrorla Mübarizə, Kəşfiyyat Şöbə və Təhlükəsizlik Şöbə qrupları çağırılıb. İstintaq davam edir.

BU İLK DEYİL

Hadisəyə şahid olan Xəbərçilər Dərnəyi başçı köməkçisi Burak Ersemiz eyni hadisənin qısa müddət əvvəl öz başına gəldiyini ifadə edərək bunları söyləyib: "Bundan bir neçə ay əvvəl iş yerimə gedərkən səkiyə səhv park edilmiş avtomobilləri gördüm və telefonumun kamerasıyla park olunmuş avtomobilləri çəkdim. İşlədiyim Show TV binasına girmək istəyərkən, arxamdan yaxınlaşan ratsiyalı bir adam qolumdan sərt şəkildə tutaraq, ingiliscə nə etdiyimi soruşdu. Daha sonra məni nəzarətə almağa cəhd göstərdi, mən ona müqavimət göstərərkən, ratsiyadan ibranicə danışıqlar eşidincə, onun İsrail Konsolluğunda işlədiyini anladım və "mənə burada şəxsiyyət soruşa bilməzsən, dərhal əlini çək dedim".

Bundan sonra o məni döyməyə cəh etdi. İstanbul Təhlükəsizlik Müdirliyindən orada xidmət edən və məni tanıyan bir polis ona mane oldu.

Hadisənin fərdi olduğunu düşündüyüm üçün şikayətçi olmamışdım. Ancaq baş verən son hadisə və şahidi olduğum hadisədən başa düşdüm ki, israilli təhlükəsizlik işçiləri Türkiyə torpaqlarında heç bir qanuni tənzimləmədə olmadığı halda, bu əməllərini davam etdirirlər."
  • Yazılıb
  • da (də) 2010 May 03